16 yaşında "Barselona"nın tarixinə düşdü

16 yaşında "Barselona"nın tarixinə düşdü
DÜNYA FUTBOLU 17 Sentyabr 2019 / 23:01 5014
-  A +

“Barselona”nın gənc futbolçusu Anssumane Fati klubun tarixinə düşüb.

Qol.az xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsində hazırda Dortmund “Borussiya”sı ilə keçirilən oyunun start heyətində meydana çıxıb. Bununla da o, Kataloniya klubunun bu turnirdə meydana çıxan ən gənc futbolçusu olub.

Bundan əvvəlki rekord Boyan Krkiçə məxsus idi. O, 17 yaşında “Barsa” ilə ÇL-də debüt etmişdi.

Qeyd edək ki, Fati bu mövsüm La Liqada 3 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord