"MLS tarixinin ən yaxşı futbolçusuyam" - İbrahimoviç

"MLS tarixinin ən yaxşı futbolçusuyam" -  İbrahimoviç
DÜNYA FUTBOLU 17 Sentyabr 2019 / 21:20 2957
-  A +

“Los-Anceles Qalaksi”nin hücumçusu Zlatan İbrahimoviç özünü MLS Liqası tarixinin ən yaxşı futbolçusu hesab edir.

Qol.az xəbər verir ki, isveçli forvard bunu ESPN-nin müxbiri ilə söhbətində deyib.

- Mən indiyədək MLS Liqasında oynamış futbolçulardan ən yaxşısıyam. Zarafat etmirəm.

- Niyə belə hesab edirsiniz?

- Siz mənim MLS-də oynadığım bu iki ildə futbola baxmısınız, yoxsa İsveçdə oyunları göstərmirlər?

- Düşünmürsünüz ki, əvvəlcə MLS-in qalibi olmaq, sonra özünüzü ən yaxşı adlandırmalısınız?

- Xeyr

- Deməli, bunun üçün çempionluq lazım deyil?

- Xeyr. Siz hardansınız?

- Meksikadan.

- Onda aydındır niyə belə suallar verirsiniz...

Xatırladaq ki, 38 yaşlı İbrahimoviç bu mövsüm MLS Liqasında 25 oyuna 26 qol vurub. O, bununla bir mövsümdə MLS-də ən çox qol vuran futbolçu adına yiyələnib.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord