"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?
XƏBƏR 16 Sentyabr 2019 / 13:27 6621
-  A +

Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək "Qarabağ" - "Sevilya" oyununa bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, dünənə qədər artıq 20 mindən çox bilet satılıb. Satışa 30 min bilet çıxarılıb.

Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

 
Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçına saat 20:55-də start veriləcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı