16 yaşında La Liqanın tarixinə düşdü

16 yaşında La Liqanın tarixinə düşdü
DÜNYA FUTBOLU 15 Sentyabr 2019 / 10:35 6059
-  A +

“Barselona”nın 16 yaşlı futbolçusu Fati dünən La Liqada “Valensiya”ya qarşı matçda (5:2) bir qol və bir qol ötürməsinin müəllifi olub.

Qol.az xəbər verir ki, o, 2-ci dəqiqədə hesabı açıb, 7-ci dəqiqədə isə Frenk de Yonqa qol ötürməsi edib. İspaniya mətbuatı yazır ki, bununla da Fati bir oyunda həm qol vuran, həm də qol ötürməsi verən ən gənc oyunçu kimi La Liqa tarixinə düşüb.

Bu arada yayılan başqa xəbərə görə, Fati Portuqaliya deyil, İspaniya millisində oynamaq qərarı verib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı