"Uğursuz çıxışın əsas günahkarı mənəm" - Elşad Əhmədov

"Uğursuz çıxışın əsas günahkarı mənəm" - Elşad Əhmədov
PREMYER LİQA 14 Sentyabr 2019 / 22:33 3314
-  A +

"Oyun haqda danışmaq çətindir. "Qəbələ" bizdən yaxşı oynadı".

Bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 4-cü turunda evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra söyləyib.

49 yaşlı mütəxəssisin sözlərinə görə, rəqib futbolçular daha istəkli olub: "Bizdə bəzi oyunçulara tapşırıqları 2-3 dəfə təkrarlasaq da, icra edə bilmədilər. İkinci hissənin əvvəlində buraxdığımız qol bizi çətin vəziyyətə saldı. İrəlidə qol vura biləcək adama ehtiyacımız var".

"Sabah" 4 turdan sonra 2 xalla son pillədə qərarlaşıb. E. Əhmədov bildirib ki, vəzifəsini tərk edib-etməyəcəyinə rəhbərlik qərar verəcək:  "Rəhbərlik nə qərar versə, buna riayət edəcəyik. Bu məsələni rəhbərliklə danışacağıq. Komandanın uğursuz çıxışının əsas günahkarı mənəm. Demək ki, nəyisə düz etmirik. Məşqçi heyəti ilə futbolçular arasında heç bir problem yoxdur. Hər şey rəhbərliyin qərarından aslıdır" (Report).

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı