“Azərbaycan millisini Avropada oynamaq üçün seçdim” – Eddi İsrafilov

“Azərbaycan millisini Avropada oynamaq üçün seçdim” – Eddi İsrafilov
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2019 / 13:03 6093
-  A +

“Mənim İspaniya pasportum var. İspaniya millisində oynamaq mümkün olsa da, çətindir”.

Qol.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan millisinin və Sequnda təmsilçisi “Albasete”nin futbolçusu Eddi İsrafilov “Marca” qəzetinə müsahibəsində deyib.

İddialara görə, E.İsrafilov millinin “Avro-2020”də Uels və Xorvatiya ilə oyunlara bilərəkdən gəlmək istəməyib. Bəzi mənbələr onun AFFA-dan çox pul istədiyi, bəziləri isə zədəli olduğunu bildirib. Amma Eddi sentybarın 7-si (Uels – Azərbaycan matçının ertəsi günü) “Albasete” ilə “Deportivo” arasındakı matçda iştirak edib.

“Marca”ya müsahibəsində bu məsələyə toxunulmasa da, Eddiyə niyə Azərbaycan millisini seçməsi barədə sual ünvanlanıb. Buna cavabında o deyib: “Anam Azərbaycanda doğulub. Ona görə Azərbaycanı seçdim. Bunun sayəsində mən faktiki olaraq 15 dəfə xarici səfərdə olmuşam. Mən həmçinin Anqola millisində oynaya bilərdim. Mənim atam oralıdır. Amma Azərbaycanı seçdim. Çünki buna görə Avropada oynaya bilərdim”.

Daha çox


Son xəbərlər