"Getməyim komandaya yaxşı təsir edəcəksə, gedərəm" - Sənan Qurbanov

"Getməyim komandaya yaxşı təsir edəcəksə, gedərəm" -  Sənan Qurbanov
ÖLKƏ FUTBOLU 25 Avqust 2019 / 23:25 4136
-  A +

“Qarabağ”a qarşı oynadıq. Çalışırdıq ki, müdafiədə səhvsiz oynayaq. Bu, sadəcə 45 dəqiqə yetərli oldu. Rəqibin təzyiqinə sonadək dözə bilmədik".
 
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turunda "Qarabağ"a uduzduqları oyundan (0:3) sonra mətbuat konfransında deyib.

Məğlubiyyəti şərh edən çalışdırıcı gənc futbolçularla "Qarabağ"a qarşı oynamağın çətin olduğunu bildirib: "Gənc futbolçularımız bir az səbirsizlik göstərdilər. Sadə bir epizodda səhvimizdən qapımıza penalti təyin olundu. Bundan sonra komandada inamsızlıq yarandı və hesab böyüdü. Bu vəziyyətdən çıxmağa, futbolçuları toparlamağa çalışacağıq. Qarşıda hələ çox oyun var. Yusif Nəbiyev də zədəli olub komanda məşqlərindən kənar qaldığı üçün məcburiyyətdən Sadiq Quliyevi müdafiənin solunda oynatdıq. Kənardan izləmək ağırdır. Komandanın bu durumda olması çətindir. Futbolçularımız gənclərdir, rəqib də “Qarabağ”dır. Onlara kompakt oynamaq, vuruşmaq tapşırmışdıq. Amma topa nəzarət rəqibdə oldu”.

S.Qurbanov komandada qalıb-qalmayacağı ilə bağlı suala isə belə cavab verib: "Rəhbərlik qərar verəcək. Mənim getməyim komandaya yaxşı təsir edəcəksə, gedərəm. İndi bu, gəmini tərk edib getmək olar. Buna əsasən rəhbərlik qərar verəcək".

 

Daha çox


Son xəbərlər