"Beylə güvənirəm" - Zidan

"Beylə güvənirəm" - Zidan
DÜNYA FUTBOLU 23 Avqust 2019 / 21:17 3929
-  A +

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandadan ayrılacağı iddia edilən futbolçusu Qaret Beyl haqda danışıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, uelsli hücumçuya güvəndiyini deyib: "Qaret ötən gün yaxşı oynadı. O, özünü bütün komponentlərdə yaxşı göstərdi. Müdafiədə belə çox çalışdı. Komanda düzgün yolda qalmalıdır. Təkcə Qaret yox, bütün oyunçular. Beyl komandadan qalmaq istəyir və biz ona güvənirik. O, güclü oyunçu olduğunu göstərdi və bunu bir daha nümayiş etdirməlidir".

Qeyd edək ki, Zidan bundan əvvəlki açıqlamalarında Beylin komandadan ayrılmalı olduğunu və onun  tezliklə başqa kluba keçəcəyini söyləmişdi.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı