“Napoli” tarixinin ən bahalı transferi oldu

“Napoli” tarixinin ən bahalı transferi oldu
DÜNYA FUTBOLU 23 Avqust 2019 / 13:22 5454
-  A +

PSV-nin hücumçusu İrvin Losano karyerasını “Napoli”də davam etdirəcək.

Qol.az xəbər verir ki, bu haqda İtaliya klubunun saytı məlumat yayıb. Meksika millisinin futbolçusuna görə 40 milyon avro təzminat ödənilib. “Bu klubun tarixində ən bahalı transferdir” – deyə məlumatda bildirilib.

Onunla 2024-cü ilin iyununa qədər – 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ötən mövsüm Losano PSV-nin heyətində Hollandiya çempionatında 30 matçda meydana çıxıb, 17 qol vurub, 11 qolun isə ötürməsini edib.

 


Son xəbərlər