"Qəbələ"nin futbolçusu Küveyt klubunda - rəsmi

"Qəbələ"nin futbolçusu Küveyt klubunda - rəsmi
XƏBƏR 23 Avqust 2019 / 11:59 4057
-  A +

"Qəbələ"nin futbolçusu Kamal Mirzəyev Küveytin yüksək liqa təmsilçisi "Əl-Salmiyə"yə transfer olunub.

Qol.az-ın xəbərinə görə, bu barədə Küveyt klubunun saytı məlumat yayıb. Onunla bir illik müqavilə imzalanıb. 24 yaşlı yarımmüdafiəçi yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Mirzəyev bu yay "Zirə"dən "qırmızı-qaralar"a keçmişdi.



Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord