"Əvvəlcə "Qarabağ"dan qorxduq" - "Linfild"in futbolçusu

"Əvvəlcə "Qarabağ"dan qorxduq" - "Linfild"in futbolçusu
ÖLKƏ FUTBOLU 23 Avqust 2019 / 11:19 5995
-  A +

"Linfild"in futbolçusu Kris Keysment Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la ilk oyundan (3:2) sonra klubun saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, o, qələbə qazandıqlarına görə xoşbəxt olduqlarını söyləyib.

- Oyundan sonra  təəssüratlarınız necədir?

- Çox xoşbəxtik. Əla oyun göstərdik. Oyun planına əməl etdik. İlk qolu buraxdıqdan sonra yaxşı reaksiya verdik. İlk hissənin sonunda iki qol bizi ürəkləndirdi. Prinsipcə, 3:2 hesabı bizə ümid verir. Azərbaycana yaxşı əhval-ruhiyyədə gedəcəyik. Döyüşmək məcburiyyətində qalacağıq.

- "Qarabağ"la oyununun sizin üçün mövsümün ən vacib matçı olduğunu hiss edirdiniz?

- Əlbəttə. Avropa Liqasının qrup mərhələsindən bir addım geri qalırıq və bu matç ikinci oyun öncəsi yaxşı nəticə əldə etmək şansları yaratdı. Bundan da istifadə etdik. “Qarabağ” ın yaxşı komanda olduğunu bilirik.

-  Rəqibə nəyin hesabına qalib gəldiniz?

- Qol buraxıldıqdan sonra da azarkeşlərin güclü dəstəyini hiss etdik, həqiqətən də bizi irəli apardılar. Başqa bir şansımızın olmayacağını başa düşdülər. Mənə elə gəlir ki, biz "Qarabağ"ı bir qədər üstün tutduq və əvvəlcə bir az qorxduq. Şükürlər olsun ki, həyəcanlanmadıq, oyunumuza davam etdik.

- İkinci görüşdən gözləntilər nədir?

- Mübarizə aparmalıyıq, sonra nəticə gələcək. Qarşıda 90 dəqiqə var, bu müddət ərzində Avropa Liqasının qrup mərhələsinə layiq olduğumuzu göstərməliyik. Futbol qəribə bir oyundur, bu gün kənar adam sayılırsınız, ancaq bir saat yarım ərzində meydanda hər şey dəyişir. İnanılmaz bir nəticə əldə etdik və Bakıya yüksək əhval-ruhiyyə ilə gedirik.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı