"2-3 ilə karyeramı bitirsəm, heç kim təəccüblənməsin" - Klopp

"2-3 ilə karyeramı bitirsəm, heç kim təəccüblənməsin" -  Klopp
DÜNYA FUTBOLU 21 Avqust 2019 / 16:00 3134
-  A +

“Liverpul”un baş məşqçisi Yurgen Klopp gələcək karyerası ilə bağlı danışıb.

Qol.az  xəbər verir ki, alman mütəxəssis İtaliyanın “Gianluca di Marzio” qəzetinə verdiyi müsahibədə kayrerasını gözləniləndən tez başa vura biləcəyini deyib:

“Yaxın 2-3 ildə nələrin baş verəcəyini demək çətindir. Ola bilər ki, karyeramı bitirim. Bu o demək deyil ki, dediklərim mütləq olacaq, amma reallaşacağı təqdirdə heç kim təəccüblənməsin”.

Qeyd edək ki, Yurgen Klopp karyerası ərzində “Maynz” və Dortmund “Borussiya”sını da çalışdırıb.  2015-ci ildən “Liverpul”da işləyən 52 yaşlı mütəxəssisin klubla 2022-ci ilə qədər müqaviləsi var.


Son xəbərlər