Azərbaycanla oyun öncəsi yeni məşqçi

Azərbaycanla oyun öncəsi yeni məşqçi
XƏBƏR 21 Avqust 2019 / 10:58 2656
-  A +

Millimizin Avro-2020-nin seçmə mərhələsində rəqiblərindən olan Uels yığmasının baş məşqçisi Rayan Giqqzə yeni köməkçi təyin olunub.

Qol.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu, uelski veteran futbolçu Rob Peycdir. O,  Azərbaycanla oyunda Rayan Giqqzin məşqçilər korpusunda yer alacaq.

Rob Peyc son olaraq 21 yaşadək futbolçulardan ibarət Uels millisini çalışdırırıb.

Qeyd edək ki, Uels – Azərbaycan matçı sentyabrın 6-da keçiriləcək.

Son xəbərlər