Fəriddən yeni mövsümdə ilk qol – Çexiyada

Fəriddən yeni mövsümdə ilk qol – Çexiyada
XƏBƏR 18 Avqust 2019 / 14:28 4829
-  A +

Gənclərdən ibarət millimizin üzvü Fərid Nəbiyev Çexiyada növbəti qolunu vurub.

Qol.az xəbər verir ki, 20 yaşlı futbolçunun çıxış etdiyi “Slaviya B” komandası gənclər liqasının 2-ci turunda “Vltavin”i qəbul edib. Praqa təmsilçisinin 4:1 hesabı ilə qalib gəldiyi oyunda Fərid əsas heyətdə yer alıb və 87-ci dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə komandasının sonuncu – dördüncü qolunu vurub. Bu, millimizin üzvünün yeni mövsümdə ilk qolu olub.

Bu qələbədən sonra xalını 6-ya çatdıran “Sparta B” turnir cədvəlində liderliyə yüksəlib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı