Ən çox künc zərbəsini "Qarabağ" vurub - UEFA açıqladı

Ən çox künc zərbəsini "Qarabağ" vurub -  UEFA açıqladı
ÖLKƏ FUTBOLU 17 Avqust 2019 / 19:30 4918
-  A +

UEFA Çempionlar Liqasında təsnifat mərhələlərinin statistikasını açıqlayıb.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, turnirin 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran “Qarabağ” öz göstəricisi ilə fərqlənib.

Təsnifat mərhələsində ən çox künc zərbəsini Ağdam klubu yerinə yetirib. “Qarabağ” 39 dəfə künc zərbəsi vurub.

İlk beşlikdə isə “Qarabağ”dan başqa  “Seltik” (Şotlandiya, 38), CFR Kluj (Rumıniya,35), “Srvena Zvezda” (Serbiya, 34) və “Ferençvaroş” (Macarıstan, 31) qərarlaşıb.

“Qarabağ” təsnifat mərhələsinin 6 oyununda çərçivəyə 25 zərbə endirib ki, bunlardan 8-i qol olub.

Qurban Qurbanovun komandası çərçivəyə gedən zərbələrdə APOEL-lə birgə 7-8-ci yerləri bölüşür, qolların sayına görə isə 8-cidir.

“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir isə ən çox qol ötürməsi edən (3) 9 futbolçudan biridir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı