Gənc futbolçu intihar etdi - zədələrə görə

Gənc futbolçu intihar etdi - zədələrə görə
XƏBƏR 17 Avqust 2019 / 16:13 6343
-  A +

Uelsin gənclərdən ibarət yığmasının üzvü Coel Darlinqton intihar edib.

Qol.az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb onun davamlı zədələrdən əziyyət çəkməsi olub. Bu səbəbdən depressiyaya düşən 20 yaşlı Darlinqton canına qəsd edib. Onun meyiti ailə üzvləri tərəfindən qarajda tapılıb.

Qeyd edək ki, Coel Darlinqton əli sındığı üçün "Mançester Yunayted" klubuna baxışa yollanmaq fürsətini də qaçırmışdı. O, ölkəsində "Bala Taun" klubunda çıxış edib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı