Abdullah Zubir bu yay transfer pəncərəsi bağlanana qədər “Qarabağ”ı tərk edə bilər.
Qol.az-ın məlumatına görə, Fransanın “Le Télégramme” nəşri yazıb ki, ikinci liqa təmsilçisi “Genqam”ın prezidenti Bertran Desplat, klubun meneceri Stefan Karno bu transferlə əlaqədar danışıqlar üçün Bakıya səfər edib. İddia olunub ki, klub rəhbərliyi müsbət nəticələr əldə edib və transferi gerçəkləçdirməyə yaxındır.
“Qarabağ”ın Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra mərakeşli futbolçunun da bu keçidə müsbət yanaşdığı bildililib.
“Qarabağ”ın baş məşqçsi Qurban Qurbanov dünən keçirdiyi mətbuat konfransında Zubirlə əlaqədar suala cavabında qısaca olaraq bildirib ki, “onlarda bu barədə rəsmi məlumat yoxdur”. Ağdam klubunun direktoru Emrah Çelikel isə Qol.az-a açıqlamasında məsələdən məlumatsız olduğunu söyləyib.
“Genqam”ın baş məşqçisi Patris Lar isə Fransa mətbuatına açıqlamasında Zubirlə danışıqlar apardıqlarını təsdiqləyərək deyib: “Qarşıdakı günlərdə yaxın xəbərlərin olacağına ümid edirəm. Bir neçə oyunçunu gözləyirəm. Abdullah Zubir və digır futolçu El Hacı Ba bizim maraqlandığımız futbolçulardır. Ancaq hələ ki , dəqiq bir şey yoxdur".
Xatırladaq ki, Zubir "Qarabağ"a ötən ilin yayında Fransanın “Lans” klubundan fransfer olunb. Onun Ağdam klubu ilə müqaviləsi 2020-ci ilin iyuluna başa çatır.
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi