"Atletiko" kapitanlarını açıqladı

"Atletiko" kapitanlarını açıqladı
DÜNYA FUTBOLU 16 Avqust 2019 / 18:29 3302
-  A +

"Atletiko"nun 2019/2020 mövsümü üçün əsas kapitanı müəyyənləşib.

Qol.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə,  kapitanlı sarğısını Koke taxacaq. O, hansısa səbəbdən meydana çıxmasa, sarğı Yan Oblaka həvalə olunacaq.

Əgər adları qeyd olunan futbolçular da oynamasa, o zaman əsas kapitan Xose Mariya Ximenes və ya Saul Niqes olacaq.

Qeyd edək ki, "Atletiko" La Liqada ilk oyununu avqustun 18-i "Hetafe"yə qarşı keçirəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord