Kipr mətbuatı “Qarabağ”ın təşkilati işinə qiymət verdi

Kipr mətbuatı “Qarabağ”ın təşkilati işinə qiymət verdi
XƏBƏR 16 Avqust 2019 / 15:16 5608
-  A +

Kipr mətbuatı “Qarabağ” klubunun mətbuat xidmətinin işini yüksək qiymətləndirib.

Qol.az xəbər verir ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – APOEL matçını işıqlandırmaq üçün Azərbaycana gələn yunan jurnalistlər qeyd ediblər ki, görüşə xeyli sayda -  100-dək media nümayəndəsi akkreditasiya olunmuşdu.

 Amma bu, hər hansı çətinlik yaratmayıb. “Azərbaycanlılar təşkilatı baxımdan yaxşı işləyiblər. Belə ki, hər bir jurnalistin oturacağı yerdə onların ad-soyadı qeyd edilib və şəkilləri yapışdırılıb” – deyə Kiprin tanınmış kerkida.net saytının yazısında bildirilib.


Son xəbərlər