Azarkeş "Liverpul"un qapıçısını zədələdi

Azarkeş "Liverpul"un qapıçısını zədələdi
DÜNYA FUTBOLU 16 Avqust 2019 / 15:00 3396
-  A +

"Liverpul"un daha bir qapıçısı - Adrian zədələnib.

Qol.az xəbər verir ki, bunu Britaniya mətbuatına açıqlamasında komandanın baş məşqçisi Yurgen Klopp deyib. O,  UEFA Superkubokunda "Çelsi" ilə oyundan sonra azarkeşin Adriana xəsarət yetirdiyini bildirib.

Fanatlardan biri qələbəni qeyd edərkən, sürüşərək Adriana dəyib və nəticədə qolkiperin topuğu şişib. Onun  Premyer Liqanın II turunda "Sauthempton"la qarşılaşmada iştirakı sual altındadır.

Qeyd edək ki, zədəli olan əsas qapıçı Alisson Bekker iki ay meydana çıxa bilməyəcək.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı