Neymar məşqlərdən kənarlaşdırılıb? - açıqlama

Neymar məşqlərdən kənarlaşdırılıb? - açıqlama
DÜNYA FUTBOLU 15 Avqust 2019 / 20:30 4668
-  A +

PSJ-nin idman direktoru Leonardo futbolçu Neymarın komandanın məşqlərindən kənarlaşdırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, klub rəsmisi bu xəbərləri təkzib edib: "Bu, yalandır. O, zədədən bərpa olunmaq üçün fərdi qaydada məşq edir. Neymar PSJ-nin oyunçusudur, onun klubu ilə 3 illik müqaviləsi var. Bunu unutmaq lazım deyil. O, meydana qayıtmazdan əvvəl hər şeyi təhlil etməliyik".

Qeyd edək ki, Neymarın komandadan ayrılacağı iddia olunur.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın