UEFA ən yaxşı futbolçu adına 3 namizədi açıqladı

UEFA ən yaxşı futbolçu adına 3 namizədi açıqladı
DÜNYA FUTBOLU 15 Avqust 2019 / 16:44 4526
-  A +

UEFA 2018-19 mövsümünün ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bunlar "Barselona"nın kapitanı Lionel Messi, "Liverpul"un müdafiəçisi Vircil van Deyk və "Yuventus"un hücumçusu Kriştianu Ronaldodur.

Qadın namizədlərin hər üçü isə “Lion"un oyunçularıdır. Bunlar ingiltərəli Lusi Bronz, norveçli Ada Hegerberq və fransalı Amandin Henridir.

Qeyd edək ki, hər iki nominasiya üzrə qaliblərin adları avqustun 29-da Monakoda UEFA Çempionlar Liqası qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı