"Çempionluq uğrunda dörd klub yarışacaq" - Aslan Kərimov

"Çempionluq uğrunda dörd klub yarışacaq" -  Aslan Kərimov
ÖLKƏ FUTBOLU 15 Avqust 2019 / 12:35 6428
-  A +

“Təbii ki, bu mövsüm çempionluğa əsas namizəd iki klub göstərilir. Büdcənin yüksək olması komandanın dominantlığına da şərait yaradır. “Qarabağ”ın hegomonluğu sözsüz ki, onun heyətində yer alan oyunçuların keyfiyyətindən xəbər verir".

Bu sözləri Qol.az-a açıqlamasında millimizin və "Qarabağ"ın sabiq üzvü Aslan Kərimov deyib.

Veteran futbolçu yeni mövsümünə sabah start veriləcək Azərbaycan Premyer Liqası haqda danışıb. O, büdcəsi azaldılan "Qəbələ", "Səbail", eləcə də "Sumqayıt"la "Keşlə"nin çempionluq yarışından kənarda qalacağını və digər dörd klubun birincilik uğrunda mübarizə aparacağını bildirib:

"Milli komandanın heyətində  “Qarabağ”da çıxış edən yerli oyunçuların sayı daha çoxdur. Legionerlərə gəldikdə isə burada da keyfiyyət baxımından klub digər rəqiblərindən bir baş üstündür. “Qarabağ” gətirdiyi legioner oyunçular sayəsində artıq neçə ildir ki, Azərbaycan futbolunda dominantlıq edir. Bu da birbaşa olaraq büdcə ilə bağlıdır. Əgər yetərli büdcən yoxdursa, heyətə keyfiyyətli legionerlər cəlb edə bilməyəcəksən. Cari mövsümdə isə heyət baxımından “Neftçi” və “Qarabağ” dominant olacaqlar. Digər klublara gəldikdə isə “Sabah” heyətini gücləndirib. Komanda bu mövsüm oyunçu transferinə xeyli pul ayırıb. Son olaraq “Zirə”nin adını çəkə bilərəm. Bu baxımdan bu dörd klubun çempionluq uğrunda yarışacaqlarını düşünürəm. Yerdə qalan klubların nəsə ciddi bir oyun nümayiş etdirəcəyi o qədər də inandırıcı deyil. Məsələn, ilk turlarda ola bilsin ki, “Sumqayıt” “Qarabağ” yaxud “Neftçi”yə qalib gəlsin. Çünki bu iki komanda Avroliqada çıxış edəcəklərindən yorğunluq amili yerli çempionatdakı ilk oyunlarda öz sözünü deyə bilər. İnanıram ki, hər iki komandamız Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacaq. Bu baxımdan ola bilsin ki, komandalar çempionatda çətinlik yaşasın”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2019-2020 mövsümünə sabah start veriləcək. Açılış oyunu “Dalğa Arena”da “Keşlə” ilə “Qarabağ” arasında olacaq. Matç saat 19:00-da başlayacaq. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı