Eddinin yeni klubu rəsmən açıqlandı - Yenilənib

Eddinin yeni klubu rəsmən açıqlandı -  Yenilənib
ÖLKƏ FUTBOLU 12 Avqust 2019 / 16:00 8238
-  A +

Milllimizin üzvü Eddi İsrafilov İspaniyanın “Alkorkon” klubundan ayrılıb.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, 27 yaşlı Sequndanın digər təmsilçisi  “Albasete”yə keçib.

Klublar arasında bu transferlə bağlı razılıq əldə olunudğu bildirilir. Yeni klubunun İsrafilovu yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyi gözlənilir.

Qeyd edək ki, Eddi ötən ilin yanvarından “Alkorkon”da çıxış edirdi. Lakin komandanın yeni baş məşqçisi Fren Fernandes onun adını Marbelyadakı təlim-məşq toplanışı üçün 23 nəfərlik heyətə daxil etməmiş və əsas heyətdən kənarlaşdırmışdı. Eddinin “Alkorkon”la 2020-ci ilə qədər müqaviləsi var idi.

 ***

"Albasete"nin rəsmi saytı Eddi İsrafilovun transferini rəsmən açıqlayıb. Onunla 4 illik müqavilə imzalanıb. Müqavilənin digər detalları haqda məlumat veriməyib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı