"Atletiko"da ayrılıq - rəsmi

"Atletiko"da ayrılıq - rəsmi
DÜNYA FUTBOLU 21 İyul 2019 / 15:25 4483
-  A +

"Atletiko"nun müdafiəçisi Filipe Luis komandadan ayrılıb.

Qol.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu üçün rəhbərlik tərəfindən vida mərasimi təşkil olunub. Tədbirdə klub rəsmiləri, baş məşqçi Dieqo Simeone və bəzi futbolçular iştirak edib.

Komandanın gedişi ilə bağlı təəssüratlarını bölüşən 33 yaşlı cinah müdafiəçisi bunları söyləyib: "Atletiko" yaddaşımda ancaq gözəl xatirələrlə qalacaq. Bu gün kədərli deyiləm, əksinə, xoşbəxtəm. Çünki bu klub üçün hər şeyimi fəda etdim".

Qeyd edək ki, 2010-2014 və 2015-2019 mövsümlərində "Atletiko"nun formasını geyinən F. Luis Madrid klubunun heyətində 333 rəsmi oyunda meydana çıxıb.


Son xəbərlər