Emilin baş məşqçisi qovuldu - Rəsmi

Emilin baş məşqçisi qovuldu - Rəsmi
DÜNYA FUTBOLU 21 İyul 2019 / 12:52 4796
-  A +

Milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" klubunun baş məşqçisi Vladimir Qazzayev istefaya göndərilib.

Qol.az xəbər verir ki, bu barədə Kostanay təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qərarın klubun yeni inkişaf strategiyası ilə bağlı olduğu bildirilir. Rusiyalı mütəxəssislə yanaşı, köməkçisi Nikolay Latışla da yollar ayrılıb.

Qeyd edək ki, Qazzayevin qovulmasına əsas səbəb kimi "Tobol"un Avropa Liqasının birinci təsnifat mərhələsində Lüksemburq "Jeness"inə uduzaraq, mübarizəni dayandırması göstərilir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı