"Qəbələ" "Dinamo" ilə oyuna harada hazırlaşır?

"Qəbələ" "Dinamo" ilə oyuna harada hazırlaşır?
ÖLKƏ FUTBOLU 21 İyul 2019 / 11:29 2482
-  A +

"Qəbələ" UEFA Avropa Liqasının hazırlığını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurduqdan sonra Bakıya qayıdan “qırmızı-qaralar” iki gündür paytaxtda hazırlıq keçir. Avrokubok mübarizəsinə II təsnifat mərhələsində başlayacaq komanda məşqlərini Bakı Olimpiya Stadionunda  gerçəkləşdirib. İyulun 25-də Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə ilk oyuna çıxacaq Sənan Qurbanovun komandası dünən günün ikinci yarısında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.

Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” – “Dinamo” oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. İyulun 25-də olacaq görüş saat 19:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı