"Neymarla bağlı təklif almamışıq" - PSJ rəsmisi

"Neymarla bağlı təklif almamışıq" - PSJ rəsmisi
DÜNYA FUTBOLU 21 İyul 2019 / 11:07 2479
-  A +

PSJ-nin idman direktoru Leonardo Neymarın komandadakı gələcəyindən danışıb.

Qol.az-ın "Le Parisien" nəşrinə istinadən yaydığı xəbərə görə, klub rəsmisi braziliyalı hücumçuya görə təklif almadıqlarını bildirib:

"Açığı, son danışığımızdan sonra heç nə dəyişməyib. Hər hansı hərəkətlilik yoxdur. Ümumiyətlə, Neymara görə konkret təklif almamışıq. O, bizimlədir, PSJ-nin futbolçusudur. Təkrar edirəm, təklif yoxdur. Bu vəziyyət artıq 10 gündür davam edir".

Qeyd edək ki, PSJ-də qalmaq istəməyən Neymarın adı "Barselona", "Real" və "Yuventus"la hallanır.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı