"Sumqayıt"ın bütün rəqibləri müəyyənləşdi

"Sumqayıt"ın bütün rəqibləri müəyyənləşdi
ÖLKƏ FUTBOLU 20 İyul 2019 / 18:20 3078
-  A +

2019/2020 mövsümü üçün hazırlıqlarını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt”  təlim-məşq toplanışı ərzində 4 yoxlama oyunu keçirəcək.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "gənclik şəhəri" təmsilçisi iyulun 21-də Rumıniyanın "Petrolul", 24-də Türkmənistanın "Ahal", 29-da Türkiyə Super Liqa təmsilçisi "Gənclərbirliyi", avqustun 1-də isə 1-ci Liqa təmsilçisi "Akhisarspor" ilə qarşılaşacaq.

Qeyd edək ki, qarşılaşmaların keçiriləcəyi yer və başlama saatları barədə hələlik məlumat verilmir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord