"Mançester Yunayted" qələbə ilə başladı

"Mançester Yunayted" qələbə ilə başladı
DÜNYA FUTBOLU 20 İyul 2019 / 17:49 4346
-  A +

Bu gün Çempionlar Kuboku beynəlxalq turnirində daha bir oyun keçirilib.

Qol.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Mançester Yunayted" və "İnter" klubları üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Meyson Qrinvud 76-cı dəqiqədə vurduğu qolla "qırmızı şeytanlar"a qələbə qazandırıb. Beləliklə, mankunyanlar turnirə qalibiyyətlə start veriblər.

Qeyd edək ki, "Çempionlar Kubokun"da ümumilikdə 13 komanda iştirak edir. Turnirdə İngiltərədən "Mançester Yunayted"lə yanaşı, "Arsenal" və "Tottenhem", İspaniyadan "Real" və "Atletiko", İtaliyadan "Yuventus", "Milan", "İnter", "Roma" və "Fiorentina", Almaniyadan "Bavariya", Portuqaliyadan "Benfika" və Meksikadan "Çivas" komandaları mübarizə aparır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord