"Enerji ilə doluyam" - Nazarov

"Enerji ilə doluyam" - Nazarov
ÖLKƏ FUTBOLU 20 İyul 2019 / 17:15 3026
-  A +

"Müəyyən müddətdən sonra yenə özümü rahat hiss etdiyim mövqedə oynayıram. Hamı bilir ki, mən qolların əksəriyyətini sevimli mövqeyimdə çıxış edəndə vururam. Məhz yarımmüdafiənin mərkəzində oynayanda oyunu öz üzərimə götürə bilirəm".

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri ikinci bundesliqa təmsilçilərindən "Erzgebirge" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov deyib. Ötən gün Aue təmsilçisinin heyətində "Herta" ilə yoldaşlıq oyununda (4:1) fərqlənən millimizin üzvü öz çıxışına qiymət verib:

"Oyunum uğurlu alındı. Ümid edirəm ki, yenidən özümü xatırlada bildim. Məncə, "Herta" ilə matçda yaxşı oynadım. Hamı gördü ki, əsas heyətdə oynamağa layiqəm. Komanda yoldaşlarıma görə buradayam və onlara kömək etməyə hazıram. Gəlin, sadəcə gözləyək və hadisələrin necə inkişaf etdiyini görək. Enerji ilə doluyam və start heyətdə meydana çıxıb-çıxmamağım baş məşqçidən asılıdır".

Daha çox


Son xəbərlər