"Çelsi"nin Lempardla ilk məğlubiyyəti

"Çelsi"nin Lempardla ilk məğlubiyyəti
DÜNYA FUTBOLU 19 İyul 2019 / 17:27 4883
-  A +

Yaponiyada təlim-məşq toplanışında olan "Çelsi" 3-cü yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, London klubu yerli "Kavasaki Frontale" ilə qarşılaşıb. Leandro Damiaunun 86-cı dəqiqədə vurduğu qol Yaponiya klubuna qələbə qazandırıb - 1:0.

Bu, "Çelsi"nin toplanış çərçivəsində yeni baş məşqçi Frenk Lempardın rəhbərliyi altında ilk məğlubiyyəti olub. "Zadəganlar"  ilk iki görüşün birində heç-heçə edib, digərində qələbə qazanıb.

Son xəbərlər