"Qəbələ"nin "Dinamo" ilə oyununun saatı açıqlandı

"Qəbələ"nin "Dinamo" ilə  oyununun saatı açıqlandı
ÖLKƏ FUTBOLU 19 İyul 2019 / 11:20 4610
-  A +

"Qəbələ"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində Tiblisi "Dinamo"su ilə keçiriləcək ilk oyununun başlama saatı bəlli olub.

Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, iyulun 25-də Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 19:00-da başalayacaq. Avqustun 1-də Tbilisidə keçiriləcək qarşılaşmanın isə saatı hələlik açıqlanmayıb.

Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə də bu rəqiblə qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan komandamız evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

Daha çox


Son xəbərlər