“Neftçi”nin hücumçusu Stiven Monroz Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Sperantsa” klubuna 6:0 hesabı ilə qalib gəldikləri cavab matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, növbəti mərhələdəki rəqibləri Rusiyanın "Arsenal" klubu haqda da danışıb.
- "Arsenal"la oyun öncəsi iki oyuna doqquz vurdunuz. Bu, sizin üçün yaxşı motivasiya oldu?
- Əlavə motivasiyaya ehtiyacımız yoxdur. Biz hər oyuna kifayət qədər motivasiya ilə çıxırıq. Onu da başa düşürük, II mərhələdəki oyunlarımız daha çətin keçəcək. Çünki rəqibimiz daha səviyyəli komandadır. Onu da vurğulayım ki, evdə azarkeşlər önündə qalib gəlmək bizim üçün ikiqat vacib oldu.
- Futbolçular üçün əsl motivasiya pul hesab edilir. İddialara görə “Sperantsa” səddini keçdiyiniz üçün 3 min manat mükafat almısınız. Yəqin ki, “Arsenal”la oyunda daha çox pul istəyəcəksiniz...
- Bu, sadəcə, şayiədir.
- “Qəbələ”də daha çox driblinqlər edirdiniz. “Neftçi”də isə fərqli çıxış edirsiniz...
- Düz vurğuladınız. “Neftçi” mənim yeni komandamdır. Heyətimizdə Dario və Platellas kimi texnikalı oyunçular var. Hər bir oyunçunun vəzifəsi var. Onu deyə bilərəm ki, driblinqlərim də gələcək. Yavaş-yavaş komandaya uyğunlaşandan sonra oyunumu göstərəcəm. Hazırda kifayət qədər texnikalı oyunçularımız var.
- “Qəbələ”dən sizinlə bərabər Rauf Əliyev və Voyislav Stankoviç “Neftçi”yə gəldi. Uyğunlaşmaq bu baxımdan çətin olmayacaq ki?
- Təbii ki, Raufla Voyislavın burada olması mənə kömək edir. Onsuz da komandaya uyğunlaşıram. İki oyuna iki qol vurmuşam. Bunun üçün çox xoşbəxtəm və əminəm ki, ardı da gələcək.
26 oyunda 31 qol - Video
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək
Pele və Ronaldonu geridə qoydu
Gürcüstan, vicdan və imtahan...
Baş nazir milliinin üzvlərinə orden veriləcəyini açıqladı
"Səbail"in futbolçusu oynadı, milli komandası qalib gəldi
Ronaldo 2,2 milyon dollarlıq "Ferrari"si ilə - Video
"Qarabağ" gürcü futbolçunu təbrik etdi
Kvaratsxeliya ləzginka oynadı - Video