"Ağabala çox yaxşı oyunçudur, texnikalıdır" - rumıniyalı məşqçi

"Ağabala çox yaxşı oyunçudur, texnikalıdır" - rumıniyalı məşqçi
ÖLKƏ FUTBOLU 18 İyul 2019 / 23:00 7370
-  A +

"Hesab yenə 3:2 olsa da, mən belə emosiyaları yaşamaq istəməzdim. 70-ci dəqiqədən sonra rəqibin təşəbbüsü ələ aldığı fikri ilə razılaşmıram. Buraxdığımız qollardan nəticə çıxarmalıyıq".

Bu sözləri "Universitatya"nın baş məşqçisi Korneliu Papure evdə "Səbail"ə qarşı keçirdikləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. 46 yaşlı mütəxəssis yerli azarkeşlərin narazılığından və komandaya dəstəyindən söz açıb:

"Çalışacağıq ki, nəticələri daha da yaxşılaşdıraq və onları məmnun edək".

Papure 2 oyuna 3 qol vuran "Səbail"in hücumçusu Ağabala Ramazanov barədə də fikirlərini bölüşüb: "O, çox yaxşı oyunçudur, texnikalıdır. Ona çox yaxşı karyera və bol qollar arzulayıram". (Report)

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın