"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının I təsnifat mərhələsində evdə "Partizani"yə 2-0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, o, əvvəlcə oyun haqda danışıb.
- Birinci oyundan sonra rəqibi daha yaxşı tanıdıq. Belə ssenarini gözləyirdik. Məcbur idik ki, ikinci hissədə sürəti artıraq. Rəqib çox yaxşı müdafiə olunurdu. İkinci hissədə oyunumuz daha yaxşı alındı və qələbə qazandıq. Xatırlamıram ki, ilk mərhələdə hansısa oyunumuz bu qədər rəngarəng alınsın.
- İlk hissədə qol vura bilmədiz. Vaxt keçdikcə həyəcan artırdı?
- Əslində, qol vaxtında gəldi. Bəlkə, bir az gec olsaydı, həyəcan da olardı. Fasilədə Qurban müəllim dedi ki, tələsməyin, həyəcanlanmayın, 90-cı dəqiqədə də, lap əlavə vaxtda da qol vura bilərik. Hesaba fikir verməyin, oyununuzu oynayın.
- Yeni tansferlər sanki komandada çoxdan çıxış edirlərmiş kimi görünürdü. Komandaya tez uyğunlaşdılar.
- Bu, bizi sevindirir. Amma düşünürəm ki, vaxt keçdikcə bir-birimizə daha yaxşı uyğunlaşacağıq. Bu, elə bir şeydir ki, vaxt lazımdır. Ola bilsin ki, bu gün oyunları yaxşı alındı, sabah alınmadı.
- Düşünmürsünüz ki, rəqibin ən yaxşı qol vəziyyəti ikinci hissədə Vaqnerin qurtarışı idi?
- Bizim də qaçırdığımız qol vəziyyətləri vardı. Onlarda 1 qol epizodu oldusa, bizdə 4-5 100%-lik qol epizodu oldu. Bu, futboldur. Həmin an qol vurulsaydı, qarşıda yenə də 15 dəqiqəmiz vardı. Biz də gözləyirdik. Hazırlaşmışdıq ki, hətta, ola bilər ki, onlar da qol vursun. Çox şeyə hazırlaşırsan, amma meydançada alınacaq, alınmayacaq, bunu bilmirsən.
- Sanki "Partizani" 2-ci mərhələdəki rəqibinizdən güclüdür.
- İkinci mərhələdəki rəqibi hələ yaxşı tanımırıq. Bundan sonra analiz edəcəyik. Paltardəyişmə otağında telefon vasitəsi ilə penaltilər seriyadını izlədik. Rəqibimiz İrlandiya komandası oldu. İlk dəfədir ki, İrlandiya çempionu ilə qarşılaşacağıq. Bizi uzun yol gözləyir. Əminəm ki, bu komanda ilə də ağır oyunlarımız olacaq. Əlimdən gələni edəcəyəm ki, bizim üçün yaxşı olsun.
- Penaltilər seriyasına baxanda, "Riqa" ilə qarşılaşmağınızı daha çox istəyirdiniz?
- Xeyr, mən heç vaxt rəqib seçmirəm. Allaha buraxıram. Hansı məsləhətdirsə, o düşsün.
Əlimdən gələni edəcəyəm ki, bizim üçün yaxşı olsun.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq