"Hamımızın ürəyi açıldı" - Tahir Gözəl

"Hamımızın ürəyi açıldı" - Tahir Gözəl
ÖLKƏ FUTBOLU 17 İyul 2019 / 23:29 5700
-  A +

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində evdə "Partizani"yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda danışıb.

- Bilirsiniz ki, rəqib qapalı oynayırdı. Onların məqsədi qarşılaşmanı penaltilər seriyasınadək davam etdirmək idi. Rəqibi də təbrik edirəm. Bizim ilk qolumuzdan sonra oyun açıldı. Çox yaxşı oyun alındı. "Qarabağ" çox gözəl çıxış etdi.  Yeni futbolçularımızdan da çox razıyam. Hamı yaxşı oynadı, amma Abdullah Zubiri xüsusən vurğulayardım. Hamımızın ürəyi açıldı.

- Yəqin ki, son dəqiqələrdə daha da həyəcanlandınız.

- Bəli, biz qol vurduqdan sonra onlar da açıq oynadılar. Məncə, elə əsas oyun bundan sonra başladı.

- Bu mövsüm arvokuboklarda hədəf nədir?

- Transferlərimiz oldu. Türkiyədən məşqçimiz gəldi. Yerli futbolçular yetişdirməyə çalışırıq. Mən hər zaman istəmişəm ki, "Qarabağ"ın heyətində azərbaycanlı oyunçular çox olsun. Bu gün də yeni hücumçunun transferi açıqlandı. Qurban Qurbanovun ən böyük məsuliyyəti odur ki, bu futbolçular komandaya tez uyğunlaşsınlar.

- Sizcə, yeni transferlər komandanı irəli apara bilər?

- Tez uyğunlaşsalar, bəli. Çox təcrübəli futbolçulardır. "Qarabağ"ın oyununa nə qədər tez alışacaqlar, bilmirəm. Bu da Qurban Qurbanovun işidir.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı