"Zirə"dən növbəti transfer

"Zirə"dən növbəti transfer
ÖLKƏ FUTBOLU 17 İyul 2019 / 18:39 3938
-  A +

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt klubu Anastasios Papazoğlunu transfer edib. 30 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.
 
Qeyd edək ki, yunanıstanlı futbolçu bundan öncə “Panserrakios”(Yunanıstan), “Olimpiakos” (Yunanıstan), APOEL (Kipr), “Xanti” (Yunanıstan), “Panetolikos” (Yunanıstan), “Apollon” (Yunanıstan) və OFİ (Yunanıstan) klublarında çıxış edib.

Xatırladaq ki, "Zirə" bundan əvvəl Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov (icarə), Boyan Zaqoviç, Miloş Bakraç və Soni Nordeni heyətinə qatıb.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"