"Heç vaxt fikirləşməməliyik ki, mərhələni keçmişik. Belə düşünsək, böyük səhv etmiş olarıq. Ən yaxşısı, maksimum konsentrasiyanı qorumaqdır".
Bunu "Universitatya Krayova"nın baş məşqçisi Korneliu Papure evdə "Səbail"ə qarşı keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis bildirib ki, "Səbail"in bir yox, bütün oyunçularına qarşı maksimum konsentrasiya olunmaq lazımdır: "Onların bizə qolları necə vurduqlarına nəzər yetirək. Bu o deməkdir ki, müdafiə olunarkən diqqətli olmalıyıq".
Papure zədəli oyunçular səbəbindən "11-liy"i qurmaqda çətinlik çəkdiyini söyləyib. O, optimal start heyəti qurmağa və heyətdə ulduz futbolçu Çikolotanın da yer almasına çalışacaqlarını əlavə edib.
Baş məşqçi mərhələ keçməyəcəkləri təqdirdə heç bir bəhanələrinin olmayacağını vurğulayıb: "Biz maksimum oyuna köklənməliyik. Çempionat oyununda asan qollar buraxdıq. Çalışmalıyıq ki, belə hallar təkrarlanmasın".
Papure Avropa Liqasında əsas heyəti qurmağın limit olmaması səbəbindən asanlığını dilə gətirib. O, azarkeşlərin istefa tələblərini gözləmədiklərini də deyib: "Biz çempionat oyununda təzyiqlər altında idik. Azarkeşlər sonadək bizi dəstəkləməlidirlər. Halbuki biz uzatma dəqiqələrində qələbə topunu vurduq".
Baş məşqçi hazırda bütün diqqətlərini "Səbail"lə matça yönəltdiklərini də bəyan edib. O, Buxarest "Dinamo"su ilə növbəti tur görüşünü düşünmədiklərini vurğulayıb: "Azarkeşlərin necə reaksiya verəcəklərini bilmirəm. Sabah öz oyunumuzla onları məmnun etməyə çalışacağıq. Necə oynayacağımızı sabahkı matçda görəcəksiniz" (Report).
"Liverpul" onunla danışıqlara başladı
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi
"Göygöl"ün qələbəsi - Video
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi