De Rossi Argentinaya gedir

De Rossi Argentinaya gedir
DÜNYA FUTBOLU 17 İyul 2019 / 15:07 2774
-  A +

Mövsümün sonunda "Roma"dan ayrılan Daniele De Rossi karyerasını Argentinada davam etdirə bilər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 35 yaşlı yarımmüdafiəçi "Boka Xuniors"a keçir. Təcrübəli futbolçunun keçmiş komanda yoldaşı, hazırda isə Argentina klubunda idman direktoru işləyən Nikolas Burdisonun onun transferində maraqlı olduğu bildirilir. "Boka Xuniors"a xüsusi simpatiyası olan De Rossinin təklifi müsbət cavablandıracağı gözlənilir. Onun sözügedən komanda ilə ən azı bu ilin sonuna qədər müqavilə bağlayacağı iddia olunur.

Qeyd edək ki, De Rossinin karyerasını bitirdikdən sonra İtaliya millisində Roberto Mançinin köməkçisi olacağı bildirilir.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord