"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?
ÖLKƏ FUTBOLU 17 İyul 2019 / 13:44 8234
-  A +

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bu gün "Qarabağ"la "Partizani" arasında keçiriləcək cavab oyununa bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, satışa çıxarılmış 6500 biletin 4 mindən çoxu artıq satılıb. Oyun saatına biletlərin çox hissəsinin satılacağı ehtimal olunur.

Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu yerli vaxtla 21:00-da başlayacaq. Albaniyadakı ilk görüşdə hesab açılmayıb.

Daha çox


Son xəbərlər