Matteys de Liqt Turində

Matteys de Liqt Turində
DÜNYA FUTBOLU 17 İyul 2019 / 11:00 3233
-  A +

"Ayaks"ın kapitanı Matteys de Liqtin "Yuventus"a keçidi bu gün reallaşacaq.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi dünən gecə Turinə yollanıb.

Hazırda "Yuventus"un bazasında olan hollandiyalı futbolçunun bu gün tibbi müayinədən keçəcəyi və müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, "Yuventus"un De Liqtə görə "Ayaks"a 70 milyon avro təzminat ödəyəcəyi bildirilir.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord