"Qarabağ" Gerye ilə yolları rəsmən ayırdı - intizamsızlığa görə

"Qarabağ" Gerye ilə yolları rəsmən ayırdı - intizamsızlığa görə
ÖLKƏ FUTBOLU 16 İyul 2019 / 14:05 6436
-  A +

"Qarabağ" haitili futbolçu Donald Gerye ilə yolları ayırıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki,

Gerye klubla razılaşdırılmış tarixdə düşərgəyə qoşulmayıb və təlim-məşq toplanışıyla yanaşı Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"ylə görüşdə iştirak etməyib. Bu səbəbdən də futbolçu ilə yollar ayrılmaq qərarı verilib.

"Qarabağ" Geryeyə komandaya göstərdiyi xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Gerye 2017-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı