"Dinamo" ilə oyunda şanslar bərabərdir" - "Qəbələ"nin futbolçusu

"Dinamo" ilə oyunda şanslar bərabərdir" - "Qəbələ"nin futbolçusu
ÖLKƏ FUTBOLU 15 İyul 2019 / 23:17 4514
-  A +

“Təlim-məşq toplanışı yüksək səviyyədə keçir. Komandanın düşərgəsində zədəli futbolçunun olmaması sevindirici haldır. Yalnız mənim belə problemim var idi. Artıq bu çətinliyi arxada qoyaraq komanda ilə məşqlərə başlamışam. Yüksək səviyyədə keçdiyimiz hazırlıq çərçivəsində iki yoxlama oyunu baş tutub. Bu tip matçlar üçün hər şey normal olub. Hazırlığı bu tempdə davam etdirməliyik”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Davit Volkov komandanın Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışını dəyərləndirərkən klubun saytına deyib.

Gürcüstanlı yarımmüdafiəçi komandanın yenidən formalaşmasına da münasibət bildirib: “Heyət yenidən formalaşır. Komandamızda yeni oyunçular çoxdur. Gənc futbolçular çox çalışmalı, oynamalıdırlar. Onlar məşqçilərin tapşırıqlarını dəqiq yerinə yetirməlidirlər. Hesab edirəm ki, bunu etsələr, hər şey yaxşı olacaq”.

O, “Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsi şanslarına da toxunub. İlk oyunda “Enqordani”ni (Andorra) 6:0 hesabı ilə məğlub edən Gürcüstan “Dinamo”sunu (Tbilisi) rəqib kimi görən yarımmüdafiəçi bu komandanı da dəyərləndirib: “Böyük ehtimalla “Dinamo” ilə qarşılaşacağıq. Bu komanda son oyunlarda ardıcıl uğurlu nəticələr qazanıb. Tbilisi təmsilçisi çox yaxşı oyun nümayiş etdirir, güc futbolu sərgiləyir. Bu rəqiblə bərabər mübarizə aparacağıq. Şansları əllinin əlliyə qiymətləndirirəm. Matça kim daha yaxşı hazırlaşıb, qarşılaşmada üstün olsa, qalib gələcək. Komandamızda yaxşı əhval-ruhiyyə var. “Dinamo” güclüdür və onu məğlub edə bilmərik kimi düşüncəmiz yoxdur”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı