"Beşiktaş"dan ilk transfer - rəsmi

"Beşiktaş"dan ilk transfer - rəsmi
DÜNYA FUTBOLU 15 İyul 2019 / 20:43 6036
-  A +

"Beşiktaş" yeni mövsüm öncəsi ilk transferini edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi son olaraq "Vitoriya de Qimarayanş"da oynayan Tayler Boydu heyətinə qatıb. ABŞ millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. 24 yaşlı hücumçu yeni klubunda ilinə 1.2 milyon avro qazanacaq.

Qeyd edək ki, bu transfer üçün "Beşiktaş" Portuqaliya təmsilçisinə 2.4 milyon avro təzminat ödəyəcək.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı