"Ayaks"ın direktoru ola bilərəm" - İbrahimoviç

"Ayaks"ın direktoru ola bilərəm" - İbrahimoviç
DÜNYA FUTBOLU 15 İyul 2019 / 20:03 2653
-  A +

"Los Anceles Qelaksi"nin futbolçusu Zlatan İbrahimoviç karyerasını bitirdikdən sonra "Ayaks"da işləyə bilər.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə 37 yaşlı hücumçunun özü məlumat verib: "Adətən mən oynadığım klublara qayıtmıram. Amma karyeramı bitirdikdən sonra "Ayaks"ın direktoru ola bilərəm. Mən hələ də "Ayaks"ı öz klubum kimi hiss edirəm. Xüsusilə, onların Avropadakı çıxışlarını gördükdən sonra bu klubla daha çox fəxr etdim. "Ayaks"ın Çempionlar Liqasında yarımfinala kimi yüksəlməsini heç kim gözləmirdi. Onlar komandanı keyfiyyətli futbolçularla təmin etməyə davam edirlər".

Qeyd edək ki, İbrahimoviç 2001-2004-cü illərdə Hollandiya təmsilçisində oynayıb.


Son xəbərlər