Kasilyasın yeni işi müəyyənləşdi - Rəsmi

Kasilyasın yeni işi müəyyənləşdi - Rəsmi
DÜNYA FUTBOLU 15 İyul 2019 / 15:07 6065
-  A +

Bir müddət öncə infarkt keçirən "Portu"nun qapıçısı İker Kasilyas bərpa müddətində klub rəhbərliyində çalışacaq.

Qol.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. İspaniyalı qolkiperin futbolçular, məşqçilər və rəhbərlik arasında əlaqələndirici şəxs olacağı bildirilib.

Yeni təyinatı haqda danışan Kasilyas bunları söyləyib: "İlk dəfə bu işlə məşğul olacağam. Rəhbərlik və oyunçular arasında əlaqəni təmin etməyə çalışacağam. Başıma bu hadisə gələndən sonra baş məşqçi mənimlə danışdı və yanında qalmağımı istədi. Dedi ki, komandada bəzi dəyişikliklər olacaq. Öz yoldaşlarıma kömək etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Biz birlikdə çempionatı, kuboku qazana və avrokuboklarda yaxşı nəticə göstərə bilərik".

Qeyd edək ki, mayın 1-də məşq zamanı infarkt keçirən Kasilyas xəstəxanaya yerləşdirilmiş, 5 gün sonra isə evə buraxılmışdı.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı