"Neftçi"nin oyunu avstriyalılara tapşırıldı

"Neftçi"nin oyunu avstriyalılara tapşırıldı
ÖLKƏ FUTBOLU 15 İyul 2019 / 14:30 1981
-  A +

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək  "Neftçi" - "Sperantsa" (Moldova) matçının hakimləri açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma avstriyadan olan briqadasına tapşırılıb. Baş hakim Yulian Vaynberger olacaq. Ona yan xətdə Maksimilian Kolbiç və Mixael Nemets kömək edəcək. Andrea Hayss isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sperantsa" matçı saat 21:00-da başlanacaq. Komandalar arasında Moldovada oynanılan görüş "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın