"Zirə" yunanıstanlı müdafiəçi alır

"Zirə" yunanıstanlı müdafiəçi alır
ÖLKƏ FUTBOLU 15 İyul 2019 / 13:49 3663
-  A +

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Qol.az-ın məlumatına görə, paytaxt təmsilçisi yunanıstanlı müdafiəçi Anastasios Papazoqlu ilə anlaşıb. 30 yaşlı futbolçunun qarşıdakı 2 gün içində Bakıya gələrək,müqavilə imzalayacağı gözlənilir. Sözləşmənin müddəti 1 illik olacaq.

Qeyd edək ki, son klubu OFİ olan Papazoqlu ötən mövsüm 13 matçda meydana çıxıb. Karyerası ərzində “Panserriakos”, “Olimpiakos”, PAOK, “Ksanti”, “Pantelikos” və “Apollon Smirnis”də oynayan müdafiəçi Yunanıstanın U-19 və U-21 millilərinin də formasını geyinib. Hazırda azad agentdir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı