"İlk pilləyə yüksəldiyimiz üçün sevinirəm" - Emil Balayev

"İlk pilləyə yüksəldiyimiz üçün sevinirəm" -  Emil Balayev
ÖLKƏ FUTBOLU 15 İyul 2019 / 11:30 3757
-  A +

"Bir neçə gün əvvəl Lüksemburqda "Jeness"lə çətin oyun keçirdik. Həmin görüşü unudub, "Ordabasi" ilə matça hazırlaşmaq üçün çox az vaxtımız var idi".

Qol.az xəbər verir ki, bu sözləri "Tobol"da çıxış edən millimizin üzvü Emil Balayev klubun rəsmi saytına açıqlamasında deyib.

25 yaşlı qapıçı Qazaxıstan çempionatının 28-ci turunda səfərdə "Ordabasi" ilə qolsuz heç-heçə etdikləri oyunu dəyərlənidirb. O, nəticənin ədalətli olduğunu bildirib: "Oyunun çətin olacağını bilirdik. Onlar intizamlı komandadır. Başa düşürdük ki, meydandan maksimum nəticə ilə ayrılmaq üçün var gücümüzlə mübarizə aparmalıyıq. Hər iki komandanın fərqlənmək üçün imkanları oldu. Ümumi nəticənin ədalətli olduğunu düşünürəm. Yenidən turnir cədvəlində ilk pilləyə yüksəldiyimiz üçün sevinirəm. İndi orda qalmaq üçün çox çalışmalıyıq".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki